İsrail ordusu Livanda "Hizbullah"ın rəhbər şəxslərindən birini zərərsizləşdirib Dünya

İsrail ordusu Livanda "Hizbullah"ın rəhbər şəxslərindən birini zərərsizləşdirib

İsrail ordusu Livanda “Hizbullah”ın “Bint Cbeyl” qanadının şəxsi heyət üzrə rəhbəri Əli Məhəmməd Həsən Kutanı zərərsizləşdirib.

APA xəbər verir ki, bu barədə məlumatı ordunun mətbuat xidməti yayıb.

Bildirilib ki, adıçəkilən şəxs bu terror qruplaşmasının Bint Cbeyl bölgəsində komplektləşdirilməsi və hərbi əməliyyatlar vaxtı qruplaşmanın tərkibinə silahlıların cəlb edilməsi ilə məşğul olub.

Eyni zamanda həmin şəxs İsrail və Livan arasındakı razılaşmaların pozulmasında mühüm rol oynayıb.

Xidmətdən İsrail dövlətinə qarşı yarana biləcək istənilən təhlükənin qarşısının bundan sonra da alınacağı açıqlanıb.