
Nyu-Meksiko universitetində atışma baş verib
25 İyul 18:00
25 İyul 18:00
25 İyul 17:38
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Ağdam rayonu Gülablı kəndi ərazisində ötən gün başlayan yanğın Xocavənd rayonunun Mirikənd kəndinin ərazisinə keçib.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazilriyinin (FHN) Ağdam, Ağcabədi, Yevlax, Xankəndi rayonlarından 130 nəfərdən ibarət şəxsi heyəti mübarizə aparır. Bundan başqa, yanğının söndürülməsi üçün 2 helikopter cəlb olunub.
İlkin olaraq 80 nəfər şəxsi heyətin cəlb olunduğu ərazidə hava şəraitinin küləkli olması yanğının söndürülməsini çətinləşdirib. Bu səbəbdən yanğının söndürülməsinə əlavə olaraq 50 nəfərlik qüvvə də cəlb edilib.
Bundan başqa, Ağdərə rayonu Həsənriz kəndində də günorta saatlarında yanğın başlayıb. Sözügedən ərəraziyə də FHN-nin yanğınsöndürmə briqadaları cəlb edilib.
"Report"un Qarabağ bürosunun yerli sakinlərdən əldə etdiyi məlumata görə, meşəlik əraziyə keçən aktiv yanğın ocaqları məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.