Sumqayıtda 3 nəfərin yaralanması ilə nəticələnən ağır qəza baş verib Hadisə

Sumqayıtda 3 nəfərin yaralanması ilə nəticələnən ağır qəza baş verib

Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

“Kia” və “AzSamand” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsartə alıb.

Sumqayıt Tibb Mərkəzindən APA-ya bildirilib ki Bakı-Quba avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri stabildir.