

26 İyul 17:06
26 İyul 16:56
25 İyul 18:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 26.07.2025-ci il tarixində saat 20:10 radələrində 5 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
APA xəbər verir ki, bu haqda TƏBİB-in açıqlamasında məlumat verilib.
Bildirilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müvafiq şöbələrdə müalicələri davam etdirilir. 3 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağırdır.
***
22:03
Ağdamda baş vermiş qəzada yaralananların kimliyi məlum olub.
APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, bunlar Şükürov Yaşar Vəliyəddin oğlu, Quliyev Cəmaləddin Kərəm oğlu, Tağıyev Niyaməddin Tofiq oğlu, Məmmədov Emin İsmət oğlu və Əsgərov Vaqif Nurəddin oğludur.
Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
***
19:45
Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Ağdam-Xankəndi yolunun Ağdam rayon Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində beş nəfər xəsarət alıb.
Yaralılar əraziyə çağırılan təcili tibbi yardım avtomobilləri vasitəsilə xəstəxanaya aparılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.