28 İyul 2025 15:20
2 730
Kaliforniyada kiçik təyyarə Sakit okeana düşüb. Faciə nəticəsində 3 nəfərin həyatını itirdiyi bildirilir.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Sahil Mühafizəsi ikimühərrikli Beechcraft-ın San Karlos hava limanından qalxdıqdan sonra Monterey sahillərində okeana çırpıldığını açıqlayıb.
Açıqlamada əlavə edilib ki, qəzadan sonra başladılan axtarış-xilasetmə əməliyyatı nəticəsində 3 nəfərin cəsədi dalğıc qrupu tərəfindən çıxarılıb.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) qəza ilə bağlı araşdırmalara başladığını açıqlayıb.
Məryəm Quliyeva