Tramp, Rusiyaya verdiyi 50 günlük müddəti qısaldacaq Dünya

Tramp, Rusiyaya verdiyi 50 günlük müddəti qısaldacaq

TASS: Tramp, Rusiyaya Ukrayna üzrə sülh əldə etmək üçün verdiyi 50 günlük müddəti qısaldacağını bildirib

Xalqcebhesi.az-ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Rusiyaya Ukrayna üzrə atəşkəs əldə etmək üçün təyin etdiyi 50 günlük müddəti qısaltmağı planlaşdırır.
«Mən bu 50 günü daha da qısaltmağa qərar verdim, çünki artıq cavabı və nə olacağını bildiyimi düşünürəm» — Tramp Şotlandiyada Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə görüşdən əvvəl jurnalistlərə bildirib.
14 iyulda Tramp, Rusiyadan və şəxsən prezident Vladimir Putindən «çox, çox narazı» olduğunu bildirib, çünki Ukrayna ilə bağlı münaqişənin həlli üçün razılaşmanın «iki ay əvvəl» əldə olunacağını gözləyirdi, amma «görünür ki, bu baş verməyəcək». Bu səbəbdən Ağ Ev rəhbəri Moskvaya ultimatum verib və ondan münaqişəni 50 gün ərzində bitirməyi tələb edib.
Onun sözlərinə görə, əgər bu müddət ərzində Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda irəliləyiş əldə olunmazsa, ABŞ Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100%-lik əlavə rüsumlar tətbiq edəcək. Bundan əlavə, Tramp Kiyevə Patriot hava müdafiə sistemləri də daxil olmaqla, silah tədarüklərini yenidən başlatmağı vəd edib.

Məryəm Quliyeva