Yaponiyada 5,3 bal gücündə zəlzələ baş verib Dünya

Yaponiyada 5,3 bal gücündə zəlzələ baş verib

Yaponiyada güclü zəlzələ qeydə alınıb.

Xalqcebhesi.az xəbər verir ki, yerli NHK telekanalının məlumatına görə, onun gücü Rixter şkalası üzrə 5,3 bal olub.
Seysmik yeraltı təkanlar Hokkaydonun şimalındakı Hidaka dağlıq bölgəsində hiss edilib. Zəlzələnin episentrinin adanın cənubunda, Tokaçi yaxınlığında yerləşdiyi bildirilir. Zəlzələnin ocağı 50 kilometr dərinlikdə yerləşib.
Seysmik aktivlik adanın digər ərazilərində də müşahidə olunub. Urakava və Sarabetsu şəhərlərində 4 ballıq titrəyiş hiss olunub. Hiqaşi, Sapporo, Abira, Chitose ərazilərində, Şiraoi və Atsuma kəndlərində seysmik təkanlar 3 bal gücünə çatıb. Dağıntı və tələfat barədə məlumat verilməyib, nəqliyyatda hər hansı bir fasilə olmayıb. Sunami təhlükəsi yoxdur.

Məryəm Quliyeva