
Tramp: ABŞ İranın nüvə infrastrukturunu vurmağa hazırdır
28 İyul 18:05
28 İyul 18:05
28 İyul 16:52
28 İyul 16:26
27 İyul 20:43
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 59 921 nəfərə, yaralıların sayı isə 145 233 nəfərə çatıb.
Xalqcebhesi.az xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları durmadan davam etdikcə, mülki əhalinin sağ qalmaq mübarizəsi getdikcə çətinləşir. Güclü bombardmanlara məruz qalan Qəzza zolağında ölənlərin sayı getdikcə artır. Fələstin Səhiyyə Nazirliyi son 24 saat ərzində Qəzza zolağında 100 mülki vətəndaşın və 382 yaralının xəstəxanalara gətirildiyini bildirib. Cəsədlərdən ikisi İsrailin əvvəlki hücumları zamanı dağıntılar altında qalan fələstinli mülki şəxslərə məxsusdur. Nazirlik həmçinin İsrailin Qəzza zolağında atəşkəsi birtərəfli qaydada pozmasından bu yana 8755 fələstinlinin öldüyünü, 33192 fələstinlinin isə yaralandığını açıqlayıb. Bəyanatda İsrailin 7 oktyabr 2023-cü il tarixindən hücumlarının başlamasından bu yana ölənlərin sayı da yer alıb və ümumi itkilərin 212,59 min 235 nəfərə yüksəldiyi bildirilib.
Məryəm Quliyeva