

30 İyul 16:34
30 İyul 15:48
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Rusiyanın şərqində, Kamçatka yarımadası sahillərində 8,8 bal gücündə zəlzələ baş verib.
18,2 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra Rusiya, Yaponiya, Meksika, ABŞ-nin Alyaska və Havay əyaləti, Sakit okean sahilləri və Sakit okean adaları üçün sunami xəbərdarlığı edilib.
Yerli hakimiyyət orqanları bildirib ki, ilkin məlumatlara görə, itki yoxdur, bir çox ərazilər boşaldılıb.
Rusiya vilayət qubernatoru xəsarət alanın olmadığınl, lakin uşaq bağçasına ziyan dəydiyini qeyd edib.
Rusiyanın regional fövqəladə hallar naziri zəlzələdən sonra Kamçatka bölgəsinin bəzi bölgələrində hündürlüyü 3-4 metr olan sunami dalğalarının qeydə alındığını bildirib.
Şərqi Yaponiya Dəmir Yolları Kamçatka sahillərində baş verən zəlzələ ilə əlaqədar bəzi xidmətlərini dayandırıb.