

31 İyul 17:49
31 İyul 17:07
31 İyul 16:37
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
ABŞ-nin Vermont ştatından olan müstəqil senator Berni Sanders tərəfindən təqdim edilən iki qanun layihəsi bu axşam Senatda səsverməyə çıxarılıb. Senatorlar İsrailə 675 milyon dollardan çox silah satışının qarşısını almağı hədəfləyən ilk qanun layihəsini 27 “hə” cavabına qarşılıq 70 “yox” səsi ilə rədd ediblər.
Daha sonra İsrailə minlərlə avtomatik hücum tüfəngi satışını əngəlləyən qanun layihəsi də 73 “yox”, 24 “hə” səsi alıb.
Sandersin təqdim etdiyi hər iki qanun layihəsi rədd edilsə də 20-dən çox demokrat senatorun İsrailə silah satışına qarşı çıxması ABŞ Konqresində İsrailin baş naziri Benyamin Netanyahuya verilən limitsiz kreditin artıq əvvəlki qədər geniş olmadığına işarə kimi şərh edilib. Amerika mətbuatında yer alan xəbərlər göstərir ki, uzun illərdən sonra ilk dəfədir ki, bu qədər çox senator İsrailin əleyhinə səs verib.