İran XİN rəhbəri: Hazırda Avropa üçlüyü ilə danışıqlar aparmaq üçün bir səbəb yoxdur Dünya

İran XİN rəhbəri: Hazırda Avropa üçlüyü ilə danışıqlar aparmaq üçün bir səbəb yoxdur

İran Avropa üçlüyü ilə danışıqlar üçün səbəb görmür.

Bunu İran XİN rəhbəri Abbas Əraqçi “Financial Times”-a müsahibəsində bildirib.

“Hazırda avropalılarla danışıqlar aparmaq üçün heç bir səbəb yoxdur. Çünki, onlar sanksiyaları ləğv edə bilmirlər. Onlar, ümumiyyətlə, heç bir şey edə bilmirlər”, - Əraqçi qeyd edib.

O, Avropa üçlüyünün (Fransa, Britaniya, Almaniya) “snapback” mexanizmini tətbiq edəcəkləri təqdirdə, bunun onlar üçün yolun sonu olacağı ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki’ “snapback” mexanizmi 2015-ci ildə əldə edilmiş nüvə razılaşmasına əsasən, İranın öhdəliklərinə əməl etmədiyi təqdirdə bu ölkəyə qarşı sanksiyaların yenidən qüvvəyə minməsini nəzərdə tutur.