Hindistanın neft emalı zavodları Rusiya neftinin alışını dayandırıb Dünya

Hindistanın neft emalı zavodları Rusiya neftinin alışını dayandırıb

Hindistanın dövlət neft emalı zavodları Rusiya neftinin alışını dayandırıb.

Bu barədə “Report” xarici mediaya istinadən xəbər verir.

Xüsusilə “Indian Oil Corp”, “Hindustan Petroleum Corp”, “Bharat Petroleum Corp” və “Mangalore Refinery Petrochemical Ltd” dövlət neft emalı zavodları neft alışını dayandırıb. Tədarüklər ötən həftə dayandırılıb.

Məlumata görə, dörd neft emalı zavodu Rusiya neftini əsasən Yaxın Şərq nefti ilə əvəzləyib.

Xatırladaq ki, iyulun 14-də ABŞ Prezidenti Donald Tramp Moskvanın Kiyevlə sülh sazişinə nail olmayacağı təqdirdə Rusiyadan neft alan ölkələrə 100 faizlik rüsumlar tətbiq etməklə hədələyib.

Dünyanın üçüncü ən böyük neft idxalçısı olan Hindistan Rusiya neftinin dəniz yolu ilə ən böyük alıcısıdır.