Pezeşkian: Ölkəmizdə su böhranı ciddidir Dünya

Pezeşkian: Ölkəmizdə su böhranı ciddidir

İran prezidenti Məsud Pezeşkian ölkənin su ehtiyatlarının getdikcə azaldığı və quraqlığa doğru getdiyi barədə xəbərdarlıq edib.

Xalqcebhesi.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Pezeşkian Zəncan vilayətində Əyalət Planlaşdırma Şurasının iclasında çıxış edərək, yaxın günlərdə yarana biləcək su böhranına toxunub.

"Su böhranı cəmiyyətin bugünkü ciddi problemlərindən biridir və bütün məlumatlar göstərir ki, su ehtiyatları azalır, azalma tendensiyası var və biz quraqlığa doğru gedirik", - Pezeşkian bildirib.
O bildirib ki, nəzarət olunan su istehlakı olmadan ölkənin bir çox şəhərləri su qıtlığı ilə üzləşəcək. Su istehlakına nəzarət etməsək və idarə etməsək, sentyabr və oktyabr aylarında bəndlərdə su qalmayacaq, Tehranda su olmayacaq və ciddi problemlərlə üzləşəcəyik”.

Məryəm Quliyeva