

1 Avqust 19:13
1 Avqust 13:23
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
ABŞ kəşfiyyat agentlikləri 2022-2024-cü illərdə Çində hərbi universitetlərə, tədqiqat mərkəzlərinə və müdafiə sənayesi obyektlərinə şəbəkə hücumlarını artırıb.
Bu barədə Çin Kiber Təhlükəsizlik Assosiasiyası (CSAC) bildirib.
"Son illərdə ABŞ kəşfiyyat orqanları məxfi məlumatları oğurlamağa cəhd edərək ölkəmizdəki yüksək texnologiyalı hərbi universitetlərə, tədqiqat institutlarına və müəssisələrinə kiberhücumları diqqət mərkəzində saxlayıblar”, CSAC Çin Milli İnternet Təhlükəsizliyi Mərkəzinin (CNCERT) apardığı araşdırmanın nəticələrinə istinadən WeChat-da bildirib.
Bildirilir ki, ABŞ ÇXR-in hərbi-sənaye kompleksi - dizayn layihələri və inkişafları ilə bağlı istehsal məlumatlarını oğurlamaq üçün dəfələrlə cəhdlər edib. Bu hücumlar, qeyd edildiyi kimi, daha çox hədəfə çevrilib və onların həyata keçirildiyi üsullar “daha gizli” olub.
"Bu, Çinin hərbi tədqiqat və istehsalının təhlükəsizliyinə, hətta milli təhlükəsizliyinə ciddi təhlükə yaradır", - hesabatda vurğulanır.
Assosiasiyanın məlumatına görə, təcavüzkarlar xüsusilə Microsoft Exchange poçt sistemi və elektron fayl sistemlərinin zəifliyindən istifadə edirlər.
Cavid