

1 Avqust 19:13
1 Avqust 13:23
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Ukraynadakı münaqişənin həll ilə bağlı 2024-cü ilin iyununda səsləndirdiyim şərtlər dəyişməz qalır.
APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə Rusiyanın dövlət başçısı Vladimir Putin deyib.
O həmçinin Ukraynadakı hərbi əməliyyatların məqsədləri barədə də danışıb.
Rusiya lideri vurğulayıb ki, əsas hədəf bu ölkədəki böhranın aradan qaldırılması və Rusiyanın təhlükəsizliyinin təminatıdır.
Vladimir Putin şəxsən özünün Ukraynada uzunmüddətli sülhün tərəfdarı olduğunu bəyan edib. Onun toxunduğu daha bir məsələ Rusiya və Ukraynanın təhlükəsizliyi ilə bağlı olub.
Kremlin rəhbəri bu məsələnin ümumilikdə Avropanın təhlükəsizliyi kontekstində həll edilməli olduğunu da söyləyib.