

1 Avqust 19:13
1 Avqust 13:23
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Malayziya ABŞ ilə idxal rüsumlarına dair ticarət sazişi çərçivəsində “Boeing” korporasiyasından ümumi dəyəri 19 milyard dollar olan 26 təyyarə alacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Malayziyanın investisiya, ticarət və sənaye naziri Tenku Zafrul Əziz bildirib.
"Biz bəzi kommersiya öhdəlikləri götürmüşük. Onlardan biri də “Boeing” təyyarələrinin alınmasıdır", - “Malay Mail” qəzeti nazirin sözlərindən sitat gətirir.
T.Əziz qeyd edib ki, Kuala Lumpur təyyarələri iki mərhələdə alacaq.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp 60-dan çox ölkə və Avropa İttifaqına qarşı 15-41 faiz rüsumun tətbiq edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, Malayziya mallarına tətbiq olunan tariflər 25 faizdən 19 faizə endirilib. Bundan əlavə, Tramp 14 ölkənin, o cümlədən Malayziyanın liderlərinə avqustun 1-dən əlavə rüsumlar tətbiq etmək niyyəti barədə məktublar göndərib.