Qəzzada ölənlərin sayı 60 332 nəfərə çatıb Dünya

Qəzzada ölənlərin sayı 60 332 nəfərə çatıb

Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatı verən yazılı açıqlama yayıb.

Səhiyyə Nazirliyi son 24 saatda dağıntılar altından xilas edilən bir nəfər də daxil olmaqla 83 ölü və 554 yaralının Qəzza zolağındakı xəstəxanalara çatdırıldığını açıqlayıb.

Bildirək ki, İsrailin yanvarın 19-da razılaşdırılan atəşkəsi pozaraq martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 9163 fələstinlini öldürdüyü, 35602 dinc sakini yaraladığı bildirilir.

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 60 min 332, yaralıların sayı isə 147 min 643 nəfərə çatıb.

Qəzza zolağında minlərlə ölünün hələ də dağıntılar altında qaldığı qeyd edilir.

İsrail və ABŞ-nin rəhbərlik etdiyi Qəzzaya Humanitar Yardım Fondunun insan yardımı adı altında qurduğu paylama bölgələrində fələstinliləri hədəf alan sistemli hücumlar nəticəsində mayın 27-dən bu yana Qəzzada son 24 saatda ölənlərin sayı 53 nəfər artaraq 1383-ə, yaralıların sayı isə 9218-ə yüksəlib.