4 Avqust 2025 21:01
2 156
Hollandiya Ukraynaya Patriot da daxil olmaqla 500 milyon avro dəyərində Amerika silah sistemləri verəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində ölkənin müdafiə naziri Ruben Brekelmans məlumat verib.
"Ukraynanın indi daha çox hava hücumundan müdafiə sistemi və sursatına ehtiyacı var. Hollandiya 500 milyon avro dəyərində Amerika silah sistemləri paketini tədarük edən ilk NATO müttəfiqi olacaq", - o yazıb.
Məryəm Quliyeva