Yəmən sahillərində miqrant qayığının batması nəticəsində ölənlərin sayı 92-yə çatıb Dünya

Yəmən sahillərində miqrant qayığının batması nəticəsində ölənlərin sayı 92-yə çatıb

Avqustun 3-də Yəmənin cənubundakı Ebyen əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 92-yə çatıb.

Xalqcebhesi.az xəbər verir ki, Ebyen Xalq Sağlamlığının baş direktoru Abdulkadir Bacemil, qayıq qəzası ilə bağlı Anadolu Agentliyinin (AA) müxbirinə danışıb.
Bacemil ölənlərin sayının 92-yə yüksəldiyini bildirib.
O, cəsədlərin əksəriyyətinin Zincibar şəhərindən təxminən 120 kilometr şərqdə Ahver rayonuna qədər uzanan sahil xətti boyunca tapıldığını və itkin düşənlərin axtarışlarının davam etdiyini qeyd edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) bu səhər verdiyi açıqlamada Yəmənin cənubundakı Ebyen əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayının 56-ya yüksəldiyini açıqlayıb.

Bəyanatda deyilir: "Avqustun 3-də Yəmənin Ebyen əyalətinin Şukra sahillərində 200 miqrantı daşıyan gəminin batması nəticəsində baş verən faciəvi insan itkisindən dərin kədərlənirik. 14-ü qadın olmaqla, ən azı 56 nəfərin öldüyü bildirilir və qurbanların əksəriyyətinin Efiopiya vətəndaşı olduğu güman edilir. İndiyədək itkin düşənlərin sayı 2 nəfərə çatıb. Hamısı kişi olmaqla 12 nəfər xilas edilib”.
Yəmən Afrika Buynuzu ölkələrindən, xüsusən Efiopiya və Somalidən olan qeyri-qanuni miqrantlar üçün tranzit məntəqəsi hesab olunur.

Afrikalı qeyri-qanuni miqrantların əksəriyyəti Körfəz ölkələrinə, xüsusən də Səudiyyə Ərəbistanına çatmaq ümidi ilə Cibuti vasitəsilə Yəmənə keçir.

Məryəm Quliyeva