BƏƏ Prezidenti Moskvaya gedib Dünya

BƏƏ Prezidenti Moskvaya gedib

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan Moskvaya gedib.

TASS xəbər verir ki, onu Əmirliyin yüksək səviyyəli nümayəndə heyəti müşahidə edir.

Məlumata görə, tərəflər əməkdaşlıq əlaqələrinin sonrakı inkişafı, beynəlxalq gündəmin aktual məsələləri, habelə Yaxın Şərqdə vəziyyət ətrafında müzakirələr aparacaq.

Rusiya Prezidenti Vladimir Putinlə görüşün mövzuları arasında isə ticarət, investisiya və energetika sahəsində əməkdaşlıq olacaq.