8 Avqust 2025 08:07
2 023
ABŞ Dövlət Departamentindən verilən açıqlamada İrana qarşı yeni sanksiyalar elan edilib.
Açıqlamada İranın ABŞ sanksiyalarından yayınmasına şərait yaradan 18 şəxs və təşkilatın sanksiyalar siyahısına əlavə edildiyi bildirilib.
Açıqlamada hədəflənənlər arasında maliyyə və İT şirkətlərinin olduğu qeyd edilib.
Həmçinin açıqlamada əlavə edilib ki, ABŞ İranın sanksiyalardan yayınmaq və qeyri-qanuni yolla əldə edilmiş xarici gəlirləri ölkəyə geri qaytarmaq səyləri ilə mübarizə aparacaq.