Suriyadakı meşə yanğını Türkiyəyə sıçrayıb Dünya

Suriyadakı meşə yanğını Türkiyəyə sıçrayıb

Suriyanın Kesep bölgəsində baş verən meşə yanğını Hatay vilayətinin Yayladağı rayonuna da keçib.

Yanğın Türkiyə-Suriya sərhədində yerləşən Latakiya vilayətinin Kesep rayonunda meşəlik ərazidə baş verib.

Yayladağı Sərhəd Qapısı yaxınlığında baş verən yanğın Hatayın Yayladağı bölgəsində yaşayan sakinləri təşvişə salıb və küləyin yaratdığı alov Türkiyəyə də keçib.

Yanğınsöndürənlər şəhərin mərkəzindən görünən yanğına müdaxilə edib.