Tramp Alyaska Sammitindən əvvəl sərt mesaj verib Dünya

Tramp Alyaska Sammitindən əvvəl sərt mesaj verib

Tarixi Alyaska Sammitinə saatlar qalmış ABŞ Prezidenti Donald Tramp mühüm açıqlamalar verib. Tramp Rusiya Prezidenti Vladimir Putinin atəşkəsi rədd edərsə, ağır nəticələrlə üzləşəcəyini qeyd edib.

Tramp 6 il aradan sonra Putin ilə ilk təkbətək görüşündən əvvəl Aİ liderləri və Ukrayna Prezidenti Zelenski ilə onlayn görüş keçirib. Görüş zamanı ABŞ Prezidenti Qərb liderlərinin narahatlığını aradan qaldıra bilib. O, məqsədinin atəşkəsi təmin etmək olduğunu və torpaq mübadiləsi ilə bağlı heç bir qərar verə bilməyəcəyini, bu mövzunu Putinlə Zelenskinin müzakirə etməli olduğunu deyib. Məhz bu səbəbdən o, Alyaska Sammitindən az sonra üçtərəfli görüş keçirmək istədiyini bildirib.

Tramp Sammitdən bir gün əvvəl yenidən kameralar qarşısına keçib. O, Avropa liderlərini Zelenskinin də iştirak edəcəyi potensial ikinci sammitə dəvət edə biləcəyini söyləyib.

Tramp qeyd edib ki, görüş yaxşı getməsə, tez başa çata bilər.