19 Avqust 2025 23:00
2 429
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rütte ilə telefonda danışıb.
Teleqraf xəbər verir ki, məlumatı Türkiyə liderinin ofisindən bildiriblər.
NATO-nun baş katibi ilə telefon söhbətində Türkiyə Prezidenti Ukrayna məsələsini müzakirə ediblər.
Təhlükəsizlik təminatları və Türkiyənin Ukraynada sülh prosesinə verə biləcəyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.