
Ya yeni nüvə sazişi, ya da yeni müharibə
20 Avqust 23:37
20 Avqust 23:37
20 Avqust 23:27
20 Avqust 23:15
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
ABŞ-ın Şimali Karolina ştatı sahil zolağında əlverişsiz şərait yaradacağı gözlənilən “Erin” qasırğasına cavab olaraq fövqəladə vəziyyət elan edib.
Xalqcebhesi.az xəbər verir ki, Şimali Karolina Qubernatorluğundan verilən açıqlamaya görə, Erin qasırğası Karib hövzəsindən sürətlə ABŞ-ın şərq sahillərinə yaxınlaşır.
Dövlət sahil xəttinə lazımi texnika və kadr dəstəyini artırıb.
Qubernator Coş Steyn qasırğa təhlükəsinin yaxınlaşması ilə əlaqədar ştatda fövqəladə vəziyyət elan edib.
Ölçüsü və intensivliyi artacağı proqnozlaşdırılan qasırğanın daşqın, eroziya və təhlükəli dalğalara səbəb olacağı gözlənilir.
Vətəndaşlardan təcili yardım dəstləri yığmağa və lazım gələrsə, təxliyəyə hazır olmağa çağırılır.
ABŞ Milli Qasırğa Mərkəzi avqustun 15-də tropik fırtınadan qasırğaya yüksələn Erinin avqustun 16-da 5-ci kateqoriya statusuna çatdığını açıqlayıb.
Məryəm Quliyeva