Yaponiya 10 il ərzində Hindistan iqtisadiyyatına 68 milyard dollar sərmayə qoyacaq Dünya

Yaponiya 10 il ərzində Hindistan iqtisadiyyatına 68 milyard dollar sərmayə qoyacaq

Yaponiya hökuməti 10 il ərzində Hindistana 10 trilyon yen (təxminən 68 milyard dollar) sərmayə qoymağı planlaşdırır.

Yaponiyanın aparıcı biznes qəzeti "Nikkei" xəbər verir ki, Yaponiyanın baş naziri Şigeru İşiba müqaviləni avqustun 29-da Hindistanın baş naziri Narendra Modinin Tokioya səfəri zamanı elan edəcək.

İnvestisiyalar, qeyd edildiyi kimi, süni intellekt, yarımkeçiricilər, ətraf mühit, tibb və s. kimi səkkiz əsas sahəni əhatə edəcək. Bu, Tokionun hesab etdiyi kimi, Hindistan bazarında iştirakını genişləndirməyi planlaşdıran yapon şirkətlərinə, o cümlədən startaplara kömək edəcək.
Bundan əlavə, investisiyalar Afrikaya genişlənmə üçün tramplin yaradılması mərhələlərindən biri hesab olunur, burada əhalinin artımı ilə əlaqədar bazarların genişlənməsi gözlənilir. Sammitdə razılaşdırıla biləcək digər sahə hindistanlı mütəxəssislərin Yaponiyada və yapon şirkətlərində işləmək üçün cəlb edilməsi sahəsində əməkdaşlıq olacaq.

Yaponiya hakimiyyəti 2030-cu ilə qədər qabaqcıl texnologiyalar sahəsində kadr çatışmazlığının 790 min mütəxəssis olacağını proqnozlaşdırır. Eyni zamanda, "Nikkei"nin qeyd etdiyi kimi, Hindistanda hər il təxminən 1,5 milyon tələbə mühəndislik ixtisasları üzrə təhsilini başa vurur.

Cavid