Ukrayna, Rusiyanın Kiyevə endirdiyi zərbələrdən sonra BMT Təhlükəsizlik Şurasına müraciət edib Dünya

Ukrayna, Rusiyanın Kiyevə endirdiyi zərbələrdən sonra BMT Təhlükəsizlik Şurasına müraciət edib

Ukrayna, Rusiya Silahlı Qüvvələrinin Kiyevdəki hərbi obyektlərə endirdiyi zərbələrdən sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə BMT-dəki mənbə məlumat verib.

“Ukrayna, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 34 və 35-ci maddələrinə əsasən, Təhlükəsizlik Şurasının təcili çağırılmasını istəyib”, – deyə mənbə bildirib.

Kiyevin tələbi ilə keçiriləcək iclasın dəqiq tarixi hələlik açıqlanmayıb. Ukrayna tərəfi bu çağırışın səbəbi kimi paytaxt Kiyevə edilən hücumları göstərib.

Məryəm Quliyeva