Maduro: Venesuela son 100 ilin ən ciddi təhlükəsi ilə üz-üzədir Dünya

Maduro: Venesuela son 100 ilin ən ciddi təhlükəsi ilə üz-üzədir

Venesuela Prezidenti Nikolas Maduro ölkənin son 100 ildə ABŞ tərəfdən ən böyük işğal təhlükəsi ilə üz-üzə olduğunu bildirib.

Bu barədə o, mətbuat konfransında bildirib.

"1200 raketi olan 8 döyüş gəmisi və bir nüvə sualtı qayığı ölkəmizə yönəlib", - Maduro deyib.

O, işğal təhlükəsini "həddindən artıq, əsassız və tamamilə cinayət" adlandırıb. Prezident vurğulayıb ki, "maksimum hərbi təzyiq şəraitində Venesuela müdafiəyə tam hazırdır".

Maduro ABŞ-nin dövlət katibi Marko Rubionu Venesuelaya təzyiq etməkdə və Latın Amerikasında sabitliyi pozmaqda ittiham edib. O qeyd edib ki, Rubio Venesuela, Cənubi Amerika və Karib hövzəsi xalqlarına qarşı müharibəyə başlamaq niyyətindədir.

Avqustun 19-da "Reuters" Pentaqondakı mənbələrə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç esmines (USS Gravely, USS Jason Dunham və USS Sampson) "narkotik kartellərlə mübarizə əməliyyatları aparmaq üçün" Venesuela sahillərinə Karib dənizinin cənubuna göndərilib.