İran Pakistanla Ermənistanın diplomatik münasibətlər qurmasını müsbət qarşılayıb Dünya

İran Pakistanla Ermənistanın diplomatik münasibətlər qurmasını müsbət qarşılayıb

İran Pakistan və Ermənistanın qarşılıqlı diplomatik münasibətlərin qurulması haqqında kommünike imzalamasını müsbət irəliləyiş kimi qiymətləndirir.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

“Bizim Pakistan və Ermənistanla yaxşı əlaqələrimiz var. Ümid edirik ki, iki qonşumuzun münasibət qurması region ölkələrinin güclənməsinə gətirib çıxaracaq”, - Bəqayi bəyan edib.

Qeyd edək ki, Pakistan və Ermənistan XİN başçıları iki ölkə arasında diplomatik münasibətlərin qurulması ilə bağlı kommünike imzalayıb.