Paşinyanın müavini Maqdalena Qrono ilə Vaşinqton razılaşmalarını müzakirə edib Dünya

Paşinyanın müavini Maqdalena Qrono ilə Vaşinqton razılaşmalarını müzakirə edib

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

Bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Görüşdə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.

Görüş zamanı avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmalar müzakirə olunub, həmçinin Ermənistan-Aİ əməkdaşlığının gündəliyi ilə bağlı fikir mübadiləsi aparılıb.