İndoneziyada Semeru vulkanında iki püskürmə baş verib Dünya

İndoneziyada Semeru vulkanında iki püskürmə baş verib

İndoneziyanın Yava adasının şərq tərəfində yerləşən Semeru vulkanının monitorinq ofisinin rəsmiləri vulkanın eyni gündə iki dəfə püskürdüyünü bildiriblər.

Səlahiyyətlilər ilk püskürmənin təxminən 140 saniyə davam etdiyini qeyd edib.

Rəsmilər ilk püskürmənin ardınca 145 saniyə davam edən növbəti püskürmənin olduğunu bildiriblər. Kül təxminən 500 metr yüksəkliyə qalxaraq cənub-qərbə doğru irəliləyib.

Səlahiyyətlilər Semeru vulkanının “2-ci xəbərdarlıq” səviyyəsində olduğunu deyərək zirvədən 8 kilometr aralıda yerləşən Besuk Kobokan bölgəsinin cənub-şərq hissəsində bütün fəaliyyətlərin qadağan edildiyini bildirib.

Bildirək ki, Sakit okeanda zəlzələ və vulkanik zonada yerləşən İndoneziyada təxminən 130 aktiv vulkan var.