Berlində avtomobil izdihamın üzərinə sürüb Dünya

Berlində avtomobil izdihamın üzərinə sürüb

Berlində avtomobilin bir qrup insana çırpılması nəticəsində bir neçə nəfər yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb.
Hadisə Berlindəki Wedding rayonunda baş verib. İlkin məlumatlara görə, BMW markalı avtomobil döngəni dövr edərkən çoxsaylı uşaqların olduğu qrupla toqquşub. Bir neçə uşaq yüngül xəsarətlər alıb, onların müşayiət edən tərbiyəçisi isə ciddi xəsarət alıb.
Məlumatda qeyd olunur ki, bütün yaralılar xəstəxanaya aparılıb. Avtomobilin sürücüsü xəsarət almayıb, amma avtomobilin farası zədələnib.

Məryəm Quliyeva