Qəzzada son 24 saatda daha 3 nəfər aclıqdan ölüb Dünya

Qəzzada son 24 saatda daha 3 nəfər aclıqdan ölüb

Qəzzadakı Səhiyyə Nazirliyi aclıqdan ölənlərlə bağlı son məlumatları verən yazılı açıqlama yayıb.

Açıqlamada son 24 saat ərzində daha 3 fələstinlinin aclıq və qida çatışmazlığından öldüyü bildirilib.

Qeyd olunub ki, 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında aclıqdan ölənlərin sayı 370 nəfərə çatıb, onlardan 131-i uşaqdır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) avqustun 22-də Qəzzada aclıq elan etdikdən sonra 16-sı uşaq olmaqla 92 nəfər aclıq və qida çatışmazlığından ölüb.