"Zelenski Moskvaya təslim olmaq üçün deyil, danışmaq üçün dəvət olunub" Dünya

"Zelenski Moskvaya təslim olmaq üçün deyil, danışmaq üçün dəvət olunub"

Rusiya prezidenti Vladimir Putin Vladimir Zelenskini Moskvaya təslim olmaq üçün deyil, substantiv danışıqlar üçün dəvət edib.

Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Şərq İqtisadi Forumunda məlumat verib.

"O (Zelenski) Moskvaya təslim olmaq üçün deyil, danışmaq üçün dəvət olunub”, - Kremlin sözçüsü vurğulayıb. Jurnalistlər görüş üçün niyə Rusiya paytaxtının seçildiyini soruşublar. Peskov cavab verib ki, dövlət başçısı bunda israrlıdır.

Cavid