

4 Sentyabr 17:54
4 Sentyabr 17:41
4 Sentyabr 17:21
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusu Qəzza şəhərinin müxtəlif bölgələrində evlərə və məcburi köçkünlərin sığındığı çadırlara hücum edib.
İsrail döyüş təyyarələrinin Qəzza şəhərinin mərkəzindəki Derej məhəlləsində bir evi hədəf alması nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Qəzza şəhərinin cənub-qərbindəki Rimal məhəlləsindəki İslam Universitetinin içərisində məcburi köçkünlərın sığındığı çadır İsrail ordusunun hədəfi olub. Hücum nəticəsində 3 nəfər həlak olub.
Eləcə də İsrailin pilotsuz uçuş aparlarının Rimal məhəlləsində çadır və evlərə endirdiyi zərbələr nəticəsində də 3 nəfər həlak olub.
Tel əl-Hava məhəlləsində bir mənzilin bombalanması nəticəsində 3 fələstinli həlak olub.
İsrail döyüş təyyarələri Selasini küçəsindəki mənzili bombalayıb. Hücum nəticəsində 2 fələstinli həlak olub.
Şəhərin qərbində Əl-Əzhər Universitetinin kəsişməsində məcburi köçkünlərin sığındığı çadır İsrail ordusunun hədəfinə çevrilib. Hücum nəticəsində 2 nəfər ölüb, çox sayda insan yaralanıb.