

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Avropa İttifaqının (Aİ) nümayəndə heyəti sanksiya siyasətində ABŞ ilə koordinasiyanı gücləndirmək üçün Vaşintona gedir.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ukraynanın Ujhorod şəhərində Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
Koşta qeyd edib ki, Rusiyanı müharibəni dayandırmağa məcbur etmək üçün daha çox sanksiya tədbirləri lazımdır.
Onun sözlərinə görə, Brüsseldə artıq yeni məhdudiyyətlər paketi üzərində işə başlanıb və Avropa komandası ABŞ tərəfdaşları ilə koordinasiya etmək üçün Vaşinqtona yollanır.
“Biz ABŞ və digər tərəfdaşlarla birgə əlavə sanksiyalar, birbaşa və ikinci dərəcəli sanksiyalar vasitəsilə təzyiqimizi artırmaq üçün çalışırıq. Brüsseldə yeni sanksiya paketi üzərində iş başlayır və bizim, yəni Avropa komandamız, ABŞ-dakı dostlarımızla işləmək üçün Vaşinqtona gedir”, — deyə o vurğulayıb.