

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Parisdə Fransa Prezidenti Emmanuel Makronun kontinental Avropa və Türkiyə məsələləri üzrə müşaviri Bertran Buşvalterlə görüşüb.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, görüş zamanı tərəflər avqustun 8-də Vaşinqtonda imzalanmış sazişləri müzakirə ediblər və bu çərçivədə TRIPP-in əhəmiyyətini vurğulayıblar.
Tərəflər strateji Ermənistan-Fransa əməkdaşlığının gündəliyini də müzakirə edib və qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirib, iki ölkə arasında siyasi dialoqun səviyyəsini yüksək qiymətləndiriblər.