ABŞ Baltikyanı ölkələr və Polşa ərazisində “Dəmir yumruq” təlimləri keçirir Dünya

ABŞ Baltikyanı ölkələr və Polşa ərazisində “Dəmir yumruq” təlimləri keçirir

ABŞ 5–17 sentyabr tarixlərində “Dəmir yumruq” adlı hərbi təlimləri Litva, Latviya, Estoniya və Polşa ərazisində keçirir.

APA xəbər verir ki, bu barədə "ERR" məlumat yayıb.

Məlumata görə, təlimlər zamanı ABŞ qoşunlarının NATO-nun şərq qanadında hərbi əməliyyatlara hazırlıq və yerləşmə qabiliyyəti yoxlanılacaq.

Təlimlər müddətində Litvaya 18 ABŞ hərbi vertolyotu cəlb olunacaq.

Uçuşların bir hissəsi gecə və minimum 150 metr hündürlükdə həyata keçiriləcək.