Bessent ABŞ-ın Putinə təzyiq göstərməyə hazır olduğunu bəyan edib, amma şərt qoyub Dünya

Bessent ABŞ-ın Putinə təzyiq göstərməyə hazır olduğunu bəyan edib, amma şərt qoyub

“Amerika Birləşmiş Ştatları Rusiyaya təzyiqi artırmağa hazırdır, lakin bunu Avropa tərəfdaşlarının da etməsi lazımdır”.

APA xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent NBC-yə müsahibəsində deyib.

“Biz Rusiyaya təzyiqi artırmağa hazırıq, amma Avropa tərəfdaşlarımızın da bizi dəstəkləməsi lazımdır”, – Rapopoort Bessentin sözlərini sitat gətirib.

Bessentin fikrincə, Rusiya neftini alan ölkələrə qarşı əlavə ikinci dərəcəli sanksiyalar və rüsumlar Rusiya iqtisadiyyatını “tam çöküşə” gətirib çıxaracaq.

Nazirin sözlərinə görə, ABŞ və Avropanın belə addımları Rusiya lideri Vladimir Putini danışıqlar masasına oturmağa məcbur edəcək.