

6 Sentyabr 17:55
6 Sentyabr 17:49
6 Sentyabr 13:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Türkiyədə itkin düşən çinli turistin meyiti Fethiyədən tapılıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, Muğlanın Fethiye rayonunda günlərdir axtarılan Çin vətəndaşı Xu Wenkainin meyiti Likya Yolu üzərində aşkarlanıb.
30 yaşlı turistdən 25 avqust 2025-dən bəri xəbər almaq mümkün olmayıb. Onun son olaraq Kabak Koyu ilə Kelebeklər Vadisi arasında gəzinti zamanı foto paylaşdığı müəyyən edilib.
Axtarış qrupları həmin paylaşım sayəsində onun yerini müəyyənləşdirə bilib.
Günlərlə davam edən intensiv axtarışlar nəticəsində Xu Wenkai ölü halda tapılıb. Hadisə ilə bağlı istintaq aparılır.