Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
8 Sentyabr 17:24
1 582
Avropa ölkələri Moskvaya qarşı sanksiyaları sərtləşdirmək istəyirlərsə, Rusiyadan qaz və neft almaqdan imtina etməlidirlər.
Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ-ın enerji naziri Kris Rayt “Financial Times” qəzetinə deyib.
"Əgər avropalılar desələr: 'Biz artıq rus qazı almayacağıq, rus nefti almayacağıq', bu, ABŞ-ın daha aqressiv olmağa meylliliyinə müsbət təsir edərdi", — deyə o qeyd edib.
O əlavə edib ki, avropa ölkələri qaz, neft və benzin almaq üçün ABŞ-ı seçməlidirlər.
Bununla yanaşı, Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset bildirib ki, ABŞ hökuməti yaxın günlərdə Rusiya əleyhinə yeni sanksiyalar tətbiq etməyi müzakirə edəcək.
Daha əvvəl isə Almaniya hökumətinin sözçüsü Ştefan Kornelius, Almaniyanın ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsini müsbət qarşıladığını bildirib.
Məryəm Quliyeva
24 Oktyabr 22:16
987
24 Oktyabr 21:24
1 057
24 Oktyabr 20:24
1 022