

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
NATO-nun Baltikyanı ölkələrdəki təyyarələri bu həftə ərzində Estoniyanın hava məkanında təlim uçuşları həyata keçirəcək.
"Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
"Estoniya üzərində uçuşlar 8-14 sentyabr tarixlərində yerli vaxtla saat 10:00-dan 22:00-dək planlaşdırılıb. Aşağı sürətli uçuşlar ən azı 152 metr (500 fut) hündürlükdə həyata keçiriləcək", - məlumatda bildirilib.
Pilotlar həmçinin səsdən sürətli uçuşlar həyata keçirə biləcək ki, bu da Mülki Hava Hərəkətini İdarəetmə Xidməti ilə əlaqələndiriləcək və müəyyən edilmiş hündürlüklərdə yerinə yetiriləcək.