Putin oktyabrın 9-da Tacikistana səfər edəcək Dünya

Putin oktyabrın 9-da Tacikistana səfər edəcək

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, ölkə Prezidenti Vladimir Putin oktyabrın 9-da Tacikistana dövlət səfəri edəcək.

Bu barədə "Report" Rusiya KİV-ə istinadən xəbər verir.

O, Tacikistan səfirliyində həmin respublikanın Müstəqillik Gününə həsr olunmuş ziyafətdə çıxışında deyib ki, hər iki ölkənin prezidentləri şəxsi nümunə ilə bugünkü çətin dünyada dostluğun necə qorunub saxlanıla biləcəyini və qorunub saxlanmalı olduğunu nümayiş etdiriblər.

Diplomat həmçinin əmin olduğunu bildirib ki, Putinin səfəri Rusiya və Tacikistan arasında çoxtərəfli əlaqələrin inkişafına yeni güclü təkan verəcək, eləcə də ölkələrə ikitərəfli əlaqələrin inkişafı üçün yeni vektorlar tapmağa imkan yaradacaq.