Konqo Demokratik Respublikasında üsyançıların hücumu: 80 ölü Dünya

Konqo Demokratik Respublikasında üsyançıların hücumu: 80 ölü

Konqo Demokratik Respublikasının (KDR) Şimali Kivu əyalətində üsyançıların hücumu nəticəsində 80 mülki şəxs həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, Milli KİV-in məlumatına görə, Alyansın Demokratik Qüvvələrinin (ADF) üzvləri Şimali Kivu əyalətinin Ntoyo kəndində dəfn mərasimi zamanı kəndlilərə silahlı hücum edib.
Hücumda 80 nəfər həlak olub, bir çoxu isə ADF üzvləri tərəfindən qaçırılıb.
Bölgədəki ADF üzvləri fidyə tələb etmək üçün tez-tez insanları qaçırırlar.
Keçən ay Şimali Kivu əyalətində ADF üzvlərinin hücumları nəticəsində 52 mülki şəxs həlak olub.
1990-cı illərin sonunda Uqanda və Konqo Demokratik Respublikasında fəaliyyətə başlayan ADF, Uqanda Milli Azadlıq Ordusu (NALU), Uqanda Müsəlman Azadlıq Ordusu və Təbliğ Camaatı kimi hərəkatların keçmiş üzvləri tərəfindən yaradılmışdır.
Bildirilir ki, 2014-cü ildən bu yana ADF-nin hücumları nəticəsində minlərlə dinc sakin həlak olub, yüz minlərlə insan isə didərgin düşüb.

Məryəm Quliyeva