ABŞ MQ-9 PUA proqramı üçün 14 milyard dollar dəyərində müqavilə imzalayıb Dünya

ABŞ MQ-9 PUA proqramı üçün 14 milyard dollar dəyərində müqavilə imzalayıb

ABŞ ordusu MQ-9 kəşfiyyat-zərbə tipli pilotsuz uçuş aparatı proqramının davam etdirilməsi üçün 14 milyard dollardan çox, həmçinin NATO ölkələrinə də tədarük ediləcək "hava-hava" sinifli AMRAAM raketlərinin istehsalı üçün 760 milyon dollar dəyərində müqavilə imzalayıb.

Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

14,1 milyard dollarlıq müqavilə qeyri-müəyyən müddət və tədarük həcmləri ilə Kaliforniyadakı “General Atomics Aeronautical Systems” şirkəti ilə imzalanıb.

Müqavilə “MQ-9 platformasının hazırlanmasını, satın alınmasını, modernləşdirilməsini, texniki təminatını və digər əlaqəli fəaliyyətləri” nəzərdə tutur.

Razılaşma həmçinin bu hərbi texnikanın və xidmətlərin Hindistana, eləcə də potensial olaraq digər xarici dövlətlərə satılmasını əhatə edir. Müqavilənin icrasının 2031-ci ilin sonuna qədər başa çatacağı gözlənilir.