

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Türkiyənin Ankara vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə yerli Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.
Zəlzələ səhər saat 8:30-da Ankaradan 70 kilometr şimal-şərqdə, Kalecik şəhəri yaxınlığında qeydə alınıb. Zəlzələnin maqnitudası Rixter cədvəli üzrə 4,1 olub və episentr 11 kilometr dərinlikdə yerləşib.
Seysmik aktivlik Ankaranın bəzi ərazilərində, ilk növbədə, hündürmərtəbəli binaların və köhnə yaşayış evlərinin sakinləri tərəfindən hiss olunub. Çankaya rayon sakinləri təşviş içində küçələrə qaçıblar. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Məryəm Quliyeva