HƏMAS Qəzza liderinin sağ olduğunu bəyan edib Dünya

HƏMAS Qəzza liderinin sağ olduğunu bəyan edib

HƏMAS-ın Dohadakı iqamətgahı İsrail tərəfindən bombalanan zaman qrupun Qəzzadakı lideri Xəlil əl-Heyan sağ qalıb.

"Report" xəbər verir ki, bu iddia ilə HƏMAS hərəkatının müvafiq bəyanatında bildirilib.

"HƏMAS-ın Qəzzadakı lideri Xəlil əl-Heyan Dohada mərhum oğlu Humamın məzarını sıx təhlükəsizlik şəraitində ziyarət edib", - məlumatda qeyd olunub.