

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kaş Patel mühafizəkar siyasi fəal Çarli Kirkin qətli ilə bağlı araşdırma apararkən bir sıra səhvlərə yol verib. Bu, ABŞ Prezidenti Donald Trampın ətrafındakıları onun səriştəsinə şübhə ilə yanaşmağa sövq edib.
"Report" xəbər verir ki, bu barədə CNN televiziyası məlumat yayıb.
Qeyd olunur ki, FTB rəhbərinin Kirkin qətlindən sonra baş verən sürətli hadisələr zəncirinə reaksiyası Trampın bəzi müttəfiqlərində Patelin böyük agentliyə uğurla rəhbərlik etmək qabiliyyətinə dair şübhə yaranmasına səbəb olub. Bəzi ABŞ rəsmiləri FTB-nin qətldən dərhal sonra şübhəlinin fotolarını dərc etmədiyinə və beləliklə, ilk gündə vaxt itirdiyinə görə Pateli tənqid edib. CNN qaynaqlarının bildirdiyinə görə, Patelin FTB-nin qətllərin araşdırılması və cinayətkarların tapılması üsullarına dərindən bələd olan təcrübəli yüksək rütbəli əməkdaşlarını işdən çıxarması da FTB-nin Kirkin qatilini qısa müddətdə tutmasına mane olub.
İstintaqla tanış olan insanların fikrincə, başqa bir səhv FTB-nin Kirki öldürmək üçün istifadə edilən tüfəngi bu qədər uzun müddət saxlaması olub. Yalnız ədliyyə naziri - ABŞ-nin baş prokuroru Pem Bondi və onun müavini Todd Blanşın müdaxiləsindən sonra silah ekspertiza üçün Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı maddələr Bürosuna təhvil verilib.
Televiziya şirkəti qeyd edir ki, həm FTB daxilində, həm də ondan kənarda narazılığın səbəbi Patelin cümə günü şübhəli şəxs saxlanıldıqdan sonra Yutedə keçirdiyi mətbuat konfransında verdiyi açıqlama olub. Eyni zamanda, şübhəlinin saxlanılması barədə sentyabrın 10-da səhvən "X"ə məlumat verən və bir neçə saat sonra bu məlumatı təkzib etməyə məcbur olan da məhz o olub. Nəticədə həm FTB agentləri, həm də Ədliyyə Departamentinin rəhbərliyi Patelin sosial şəbəkələrdəki paylaşımlarından narazı qalıb.
Xatırladaq ki, 31 yaşlı Kirk sentyabrın 10-da Orem Universitetində (Yuta) çıxışı zamanı güllələnib. O aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib. Mühafizəkar fikirlərə malik olan fəal Tramp tərəfdarı olub.
Qətli törətməkdə şübhəli bilinən Yuta sakini Tayler Ceyms Robinson sentyabrın 11-də hakimiyyət orqanlarına təhvil verilib. Tramp bu işdə Robinsonun günahkar bilinəcəyinə və edam cəzasına məhkum ediləcəyinə ümid etdiyini bildirib.