NATO qırıcıları Estoniyada təlim uçuşları həyata keçirəcək Dünya

NATO qırıcıları Estoniyada təlim uçuşları həyata keçirəcək

NATO üzvü olan ölkələrin qırıcı ekipajları bu həftə Estoniya hava məkanında təlim uçuşları həyata keçirəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ERR teleradio şirkəti məlumat yayıb.

Təlimlər sentyabrın 15-dən 21-dək keçiriləcək.

“Müttəfiqlərin döyüş təyyarələri Estoniya hava məkanında bir sıra təlim uçuşları həyata keçirəcək, bəziləri aşağı hündürlükdə, lakin 152 metrdən aşağı olmayacaq”, - məqalədə qeyd edilir.

Burada NATO qırıcılarının da səsdən sürətli uçuşlar həyata keçirə biləcəyi vurğulanır.

Məryəm Quliyeva