Qətər Əmiri: İsrail HAMAS liderlərini öldürmək istəyirsə, onda danışıqların mənası nədir? Dünya

Qətər Əmiri: İsrail HAMAS liderlərini öldürmək istəyirsə, onda danışıqların mənası nədir?

İsrail HAMAS liderlərini öldürmək istəyirsə, onda danışıqların mənası nədir?

APA xəbər verir ki, bunu Qətər Əmiri şeyx Təmim bin Həməd Al Tani Dohada keçirilən Ərəb-İslam sammitində deyib.

“Bir halda ki, İsrail bizim üstümüzə dron və təyyarələr göndərir, biz öz ölkəmizə danışıqlar üçün gələn İsrail nümayəndə heyətinə necə ev sahibliyi edə bilərik?”, - Qətər Əmiri bildirib.

Qətər Əmiri İsrailin ölkəsinə hücumunu təcavüz aktı kimi qiymətləndirib və əlavə edib ki, İsraillə danışıqlar aparmağın mənası yoxdur.

O, İsrailin Baş naziri Benyamin Netanyahunu Ərəb regionunun İsrailin təsiri altına keçəcəyi ilə bağlı xəyallarının illüziya olduğunu da qeyd edib.